İmam Nəvavi adlı məşhur islam alimi müsəlmanın gündəlik həyatında əsas məsələləri əhatə edən 40 hədisi toplamışdır. Buna görə də kitab İmam Nəvavinin 40 hədis kitabı adı ilə tanınmışdır. Bu dəyərli əsəri sizin üçün təqdim edirik. Tərcümə edən Kamal Hüseyn qardaşımızdan da Allah razı olsun.
İmam Əhməd İbn Hənbəlin “Sünnənin əsasları” adlı əsərinin özündə əks etdirən qaydalar, onun haqqında eşitmiş hər bir müsəlmanın tutması vacib olan qaydalardır. Bu əsaslar, doğru yol göstərən, dünya və axirətdə nəcat və firavanlıq əldə etmək üçün gözəl bir vasitədir, çünki burada bu ümmətin sələflərinin etiqadı toplanmışdır. İmam Malik, Allah ona rəhmət etsin, demişdir: “Bu ümmətin axırıncıları, ümmətin birincilərinin müvəffəqiyyət qazandıqları vasitələrdən fərqli bir vasitə ilə müvəffəqiyyət qazana bilməzlər”.
Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir! (əl-Hücurat,12)
-
-
Allahım, sən bizləri peyğəmbərimizin raşidi xəlifələri ilə bərabər həşr et. Allahım, biz peyğəmbərimiz (sav) raşidi xəlifələrini sevirik və bizə onlarla eyni cənnət nəsib et. Amin.
Author: Yaşar Qurbanov